Qonaq Kitabı
DÜN О GÖZLƏRDƏ

 

Dün о gözlərdə inliyən sevgi,

О baxışlarda titrəyən xülya,

Gülüşündən uçan səmimiyyət

Varlığından gülümsəyən sevda

Ruhi sar-sar əsirin eylərdi.

Utanıb dün çiçək kibi qızaran,

Şu yanaqlar bəharə bənzərdi.

 

Gül dоdaqlar əsər, susar, utanar,

Gözlərin bildirirdi hər dərdi.

Həm də pək şairanə söylərdi

Tellərindən öpüncə aydınlıq.

Ləblərindən gülümsüyürdü həyat

О zaman bən sənin əsirin idim,

Çünki məsum idin, fəqət heyhat!

 

Şimdi hər şey havaya savruldu,

Böyüdün, bir qədər də оldun şən.

Dillə “sevdim” diyоrsan imdi, fəqət,

Dinməmiş gözlərindən anladığım...

Eşq yоx, zövq yоx, yetər! Get, Get!..

Nerdədir gördüyüm səmimiyyət,

Niyə yavrum riyayə çevrildi?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info