Qonaq Kitabı
BİLƏNLƏRƏ

 

Ey dil, baxırmısan gölü dərya bilənlərə,

Zaği-siyahı[i] bülbüli-şeyda bilənlərə.

 

Bir aşiqi-həqiqi demək heç rəvamıdır

Daim məkani-aşiqi səhra bilənlərə?

 

Səhrayə düşsə də yenə Məcnunmu söylənir

Hər bir səfilə düxtəri Leyla bilənlərə?

 

Оlsun həram nuri-bəsər, əsri zövqdə

Şəmi-zəifi bir yədi-beyza bilənlərə.

 

Оlmaz nəsib şagüli-qönçeyi-həyat

Hər bir təbibi həzrəti Isa bilənlərə.

 

Varkən həyatı guşeyi-zindan məkan оlur

Hər zövceyi-əzizi Züleyxa bilənlərə.

 

Həsrətkeşi-təkəllüm оlur[ii], daima nəsib

Sina misalı hər dağı guya bilənlərə.

 

Zövqi-həyatı anlamayıbdır demək gərək

Qəsdi-həyatı cifeyi-dünya bilənlərə.

 

Cəfər, həmişə hikməti-xilqət nihan оlur

Zatın zəkavü əqlə mübərra bilənlərə[iii].



[i] Qara qarğa.

[ii] Danışan.

[iii] Bu beytin mənası belədir: öz zatını, nəslini ağıldan üstün tutan adama dünyanın hikməti gizlin qalar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info