Qonaq Kitabı
ŞİRİN RUSİ DANIŞAN

 

Bu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:

Rus – Nu, master, kak pojivayete?

Bənna – İslavo boq xoroşi.

Rus – Ya jivu ploxo. Patomu u nas v Rossii istraşno bezparyadki.

Bənna – Maya iznayim ki, vot vaşi padşah iskazal qamzum yaman çalavert və qamzum poşolt arabatay, Molla Nəsrəddin adin qazet pişi orda basmatiri, amma ki, ay, ay, ay, mojno vaşi padşah iskazalım, sən özün poşolt. Yesli mojno dumaye çto xoçim davay. Yesli ne budit dumay edə qarmaqali arabatay, sən də mənə vot maqlaşka davay, basmotirim çevo budit. Adin məsələ yest müsulmanski ki:

 

Əgər xər nəyayəd bənəzdik bar,

Tü bari-kiranra benəzdi-xər ar.

 

Vot eşşək tavar nixoçiş, vot tavar eşşək davay.

Rus – Ah, ah, ah, ah, verno, master, – deyib getdi.

(İdarəyə bir belə rusi bilən lazım olursa buyuruz).

 

Dəli

“Molla Nəsrəddin”,  22 sentyabr,  1906,  N 25

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info