Qonaq Kitabı
QUBA MEYDANI

 

Amerikada mənim bir rəfiqim var, bunnan iki dəfədir ki, mənə yazır ki, ay Molla, sən allah məni başa sal görüm, nədən ibarətdir müsəlman aləmi? Necə dolanırlar, nə yeyib, nə içirlər, nə cür paltar geyirlər, necə şəhərlər qayırıblar, nə alış-veriş eləyirlər? Yeməklərindən, içməklərindən, bazar-dükanlarından mənə bir məlumat yaz göndər.

Mən də lap məəttəl qalmışdım, çünki bilmirdim nə yazım.

Axırı bu gün götürüb dostuma bir cızmaqara eləyib göndərdim və yazdım:

“Əzizim, məsələn, Bakı, məsələn, belə tutaq ki, Bakıda Quba meydanı. Məsələn, bir tərəfdə dörd min yeddi yüz cırıq-mırıq İran hammalı yan-yana verib uzanıblar, bir tərəfdə iki min yüz köhnə yorğan-döşək, arxalıq və çirkli tuman-köynək satan. Bir tərəfdə səkkiz yerdə dərviş mərəkəsi, bir tərəfdə iki yüz nəfər sarı aşpişirən, səkkiz min səkkiz yüz ciyər kababı pişirən, bir tərəfdən üç yüz min nəfər köhnə başmaq, köhnə şüşə, köhnə sarımsaq və araq şüşələrində rəngbərəng su satan”.

İstəyirdim şəklini çəkib göndərəm, amma doğrusu bakılılardan qorxuram. Qorxuram inciyərlər.

 

İmzasız.

“Molla  Nəsrəddin”,  24 mart,  1907,  N 12.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info