Qonaq Kitabı
DÖVLƏT DUMASI HAQQINDA

Hökumətin Dövlət dumasına qarşı ittixaz etdiyi politika gün-gündən bunu aşikar və əyan edir ki, hökumətin öz tərzi-idarəsini dəyişməyə heç bir vaxt meyli yox idi və indi də yoxdur və cəhd edəcəkdir ki, bacardığı yerəcən ö köhnə rejimini (tərzi-idarəsini) baqi saxlasın. Lakin hökumət özü dəxi öz politikasını dürüst anlayır ki, Dövlət duması kimi millət dərdi bilənlərin müttəhidül-qövl iş görməsi müqabilində köhnə rejimin baqi qalması çox mahaldır. Bir vaxt olacaqdır ki, hökumətin özü üçün ikinci yol qalacaqdır: ya Dövlət dumasını qovub, işin nəticəsini “hərçi bad bad” – deyə gözləmək və yaxud Dövlət dumasının tələblərini qəbul edib, özünü dəxi onun təhti- nəzarətinə vermək. Lakin bu iki yolun hökumətdən ötrü hankısı səlahdır? Şəkk yoxdur ki, ikincisi!

Hökumət bunu özünə yəqin etməlidir ki, bir bu qdəər cəbr və zülmdən sonra elə bir təntənə ilə qurulmuş və bütün aləmin, baxüsus, Avropa miləli-mütəməddinəsinin diqqətini cəlb edib də, təqdir və təhsininə layiq olmuş Dövlət duması kimi birinci rus parlamentini təbii və məşru tələblər ibraz etməsinə görə, hökumət tərəfindən qovulması elə bir hadisələr vüquuna səbəb olar ki, bütün aləmi dəhşətəngiz bir qələyan içində buraxar, Firəng inqilabi-kəbiri bu rus inqilabının yanında cüzi bir iğtişaş kimi görünər. Bundan sonra hökumət qoşuna və sair ərzal kimsələr köməyinə ümid bağlamamalıdır. Demək olmaz millətin qoşun qismi bundan sonra da kor kimi olub, öz xeyir-şərini görməyə, öz səlahını anlamaya. Bu axırki cəbr və zülm elə bir ədalətsizlik ilə icra edilib də hər bir daş ürəklini mütəəssir etdi. Qəlbiqaralar da belə dodaq dodaqdan götürüb, ədalətsizlikdən şikayət etdi. Bəs belə olan surətdə, əcəba, bir kəs tapılar ki, bu zülm və sitəmin təkrar icra edilməsinə alət və kömək ola?! Heç kəs buna razı olmaz! Bunu hökumət hiss etməlidir və hiss edib və daha bundan sonra millətə hərdənbir badalaq qurmaqdan axırıncı dəfə sərfi-nəzər etməlidir. Hökumət özü görür ki, millət öz hüququnu almaq yolunda qabağlna yumalanan mümaniətlərin hamısını dəf və rəf edib, qəsb olunmuş məqamını bilatəxir iştiğal etdi. Daha bundan sonra durub millətdə çəkişmək çətin bir əmrdir.

Dövlət dumasının adresinin bilavasitə padşah həzrətlərinə verilməsi mümkün olmadığı kimi, birinci işkalatdan sərfi-nəzər etməsi hökumətə bir qədər cürət verdisə də, bu səfər dumanın vəzirlər bıyanatını müttəhidən və müttəfiqən rədd etməsi və vəzirlərin bu hərəkətinə görə istefa verməklərini tələb etməsi sübut etdi ki, millətin adresində sadaladıqları tələbləri qətidir, yəni millətin  dediyi dediyidir. Bu yolla cüzi bir inhirafa da ümid yoxdur...

       Biz ümidvar olmaq istəyirik ki, Dövlət dumasının qovulmağı əmələ gəlməyəcəkdir. Və vəzirlərin də heç bir kimsəyə xoş gəlməyən belə hərəkətini bununla bəyan edirik ki, hökumət dumanın ağzını sınamaq istəyirmiş. Yalnız bir dumanı imtahana çəkmək niyyəti ilə bu bəyanatı ibraz edibdir. Duma isə özünün hali-hissiyyatını qəti bir surətdə göstərdi və bundan belə hər bir imtahana sövq edilməyəcəyini də bildirdi. Iştə, hökumət üçün dumanın tələblərinə əncam verməkdən başqa heç bir şey səlah deyildir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info