Qonaq Kitabı
MƏCLİSİ-MİLLİ

 

Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi-məşvirətdə - olan cənabların şəmayili – mübarəkini[i] çəkib nişan vermisiz və zimnidə[ii] əcəlli-mərifətləri[iii] dəxi məlum olunub. Bəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyu-rasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın isimləri: Cənab Ximyazətül-üləma, Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak.



[i]  Mübarək şəklini, mübarək surətini.

[ii]  Dolayı yolla; eyni zamanda.

[iii]  Ən yüksək, ən ali.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info