Qonaq Kitabı
HANSI ELMLƏR LAZIM?

 

Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifəsinin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məcli-sində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyirxahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.

Dedim:

- Oxu görək nə yazıb? – Və Lağlağı başladı: “Bizim oxucularımız Avropa əhalisinin insaniyyət və mədəniyyətdə dərəceyi-kəmalə yetiribdirlər; amma mən deyirəm ki, Avropa əhalisi qanuni-siyasiyyəvü ilahiyyədən azad olduqlarına görə eyni vəhşətdədirlər. Hikməti-təbii bilməklə insan olmaq olmaz. Hikməti-ilahi ilə kamil olmaq insanı insan edər”.

Dedim:

- Əzizim, Lağlağı, bu sözlər çox gözəl sözlərdir; amma səbr elə görək İbrahim bəy Təbrizin qonaqlıq məclisindən nə yazır. Mən başladım haman vərəqi oxumağa:

- “Dər on məclis söhbət əz gəndüm bemiyan aməd (İbrahim bəy nağıl edir). Şəxsi güft ki, filan alim sisəd həzar xərvar gəndüm ənbar kərdəəst. Hala bilmərrə inkar mikünəd. Filan alim dəh parça qəryeyi şeşdank darəd. Maşallah filan alim xeyli sərvət bəstə, imruz qərib be həştad parça dehkədə darəd. Əz in söhbəthayi biməni diləm təngi girift, hər çe xastəm səbr konəm, mümkün nəşüd. Axir güftəm: in cənabi ağayan çekarəənd? Güftənd əz əcilleyi üləmayi Təbrizənd. Güftəm: onra dəryaftəm ki, əz təbəqeyi cəlileyi üləmayənd; əmma ərzi mən dər incast ki çe kar mikünənd və şüğli işan çist? Güftəm: in həştad parçə dehkədə əlbəttə hər yeki əqəllən paizdəh-bist hezar tuman xahəd daşt. Güftənd: Əlbəttə. Güftəm: bemüxtəsər hesabi ki mən ələttəxmin kərdəm se kürur çizi biştər qiyməti inhast. Nəmidanəm təhsilinin həmə sərvət əz çe məmərrəst? Xanəvadeyi cənabi ağayanra həmə mida-nənd. Xudşanra həm ki, pəs əz fəqağət əz təhsili elm və icazə, vəqti ki, bədii şəhr təşrif avürdənd, həmə midanid ki ziyadə bər yek əbavü əsayi çizi nədaştənd. Lihaza hiç şübhə nist ki in sərvətra bəhər növ ki həst, əz millət ənduxtəənd”.

Burada Lağlağı sözümü kəsib dedi:

- Mən ölüm, Molla Nəsrəddin, hələ onu sonra oxursan, sənin İbrahim bəyin boş danışır. Qulaq as gör Əbutürab əfəndim nə gözəl sözlər deyir.

Dedim oxu və Lağlağı başladı:

- “Əgər insan dəyanəti-islamiyyəyə alim və arif və üluma cahil, əlbəttə, insaniyyətə zərər yetirməyəcəkdir”.

Dedim:

- Lağlağı, qulaq ver gör İbrahim bəy nə deyir: “Hala insaf fərmaid, in ağayi möhtərəm ki in həmə əmlakra dər zərfi əndək müddəti əz milləti biçarə bəvasiteyi qarət ənduxtəənd çe mişəvəd ki rübi mədaxili yeksaleyi onra baz dər rahi həmin millət sərf nümayənd, yəni məktəbi əz on vəch bərai təlim və tərbiyəti ətfali yetim və füqərayi in milləti bəxti qarə təsis konənd, yainki bimarxaneyi bərai qürəbavü füqərayi millət binagüzarənd ta mərizani biçiz dər sayeyi himməti on müdava və müalicə şüdə əz ədəmi müalicə və bipərəstari dər nihayəti məzəllət və xari dər ziri divarha can nədəhənd”.

Lağlağı yenə sözümü kəsdi və qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və özü başladı oxumağa:

- Əbutürab əfəndim buyurur: “Əgər bir şəxs tamam ömrünü ülumi-riyazi və hikməti-təbii təhsilində sərf edə, müəllimi-əvvəl Aristotelis məqamını dərk edə, əlbəttə təriqi-übudiyyətə, həqqi-təaləyə alim və arif  olmayacaq və insaniyyət və mədəniyyət şəhrinə daxil olmayacaq, məgər-inki qanuni-siyasiyyeyi-ilahiyyə təhti-nə daxil olub o qanuna müvafiq əməl edə”.

Dedim:

- Dostum, Lağlağı, indi növbət mənimdir və başladım “İbrahim bəy”i oxumağa:

“Aya şəraiti təriqi übudiyyət, insaniyyət və mədəniyyət inəst ki dər in şəhri büzürg ki darüssəltənəəş minamid, qürəbavü füqərayi millət dər əvəzi nan xak mixürənd; və halonki, həzərati üləmayi şüma gəndümra bəənbarhayi tarix rixtə, bəruyəş həft qefl zədə, kilidi onhara bərudxaneyi Aras əndaxtəənd və bəfüqəra müguyənd: “Qiyməti hər yek mən on çehil misqal xuni cigərəst, ba pul nəmidə-him”. Füqəra hər çe dad mizənənd ki ağayan, xun dər dilü cigəri ma nəmandə, in cism ki, mibinid, əz bərəkəti şüma xali və xüşk əz ruh və xunəst, becayi nəmirə-səd”.

Lağlağı istədi sözümü kəsə, dedim:

- Yavaş, bu saat qurtarıram. Səhifənin altında yazılmışdı:

     Mürdəənd vəli zində,

      Zindəənd vəli mürdə.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  26  may,  1906,  N 8.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info