Qonaq Kitabı
ÇOX QƏRİBƏ

 

Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı Ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!

Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflis-də Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

Naxçıvanda naçalnik Enkel müsəlmanların qarnını yumruğu ilə dəlik-dəlik eləyib. Binəva müsəlmanlar gedib mollalara dərdlərini söyləyən vaxt mollalar cavab verirlər ki, naçalnikdə heç günah yoxdur, Allah Molla Nəsrəddinə lənət eləsin!

Yaxşı, burada mənim günahım nədir?

Zəyəm pristavı Oğarişşev, Seyid Hənifəni heç bir təqsiri olmadığı yerdə tövlə-yə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır.

Naçalnik Raut Qazaxda müsəlmanların börklərini başından götürüb, tikan kol-larını çırpır yazıq müsəlmanların mərmər kimi qırxılmış başlarına və bunun əvə-zində Gəncədə ruhani ağalarımızın birisi hər gün sübh tezdən birinci hissə pristavı-nın didinə[i] gedir. Amma məni küçədə görən vaxt salamımı da almır.

İrəvan qubernatoru müsəlman adı çəkiləndə ficətən azarlayır və qazılarımızla görüşən vaxt əl-ələ vermir ki, onlar evə gedəndən sonra zəhmət çəkib əllərini yumasınlar.

Amma cənab mollalar qubernatorun acığını çıxartmaqdan ötrü camaata deyirlər ki, oxumayınız o mürtədin məcmuəsini!

Bakıdan naməlum bir şəxs (amma burasını bilirəm ki, ya xandır, ya İran molla-sı) götürüb mənə föhş yazır və sübuta yetirir ki, dünyada şöhrətli və əzəmətli şəhərlərin əvvəlincisi Təbrizdir, çayların əvvəlincisi Araz çayıdır və kəndlərin əvvəlincisi Danabaş kəndidir və bunu da yazır ki, İran hökumətinin az-çox tənəz-züldə olmağına bais məhz Molla Nəsrəddindir.

Tiflisdə..... görüm nə istəyirdim deyim..... yadımdan çıxdı.....

Qərəz!..

[Bu] sözləri yazan vaxt hatifdən belə bir səda gəldi:

-       Dərd eləmə, ay Molla Nəsrəddin, bunlar hamısı migüzərəd[ii].

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  26  may, 1906,  N 8.



[i] Görüşünə.

[ii] Keçib gedər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info