Qonaq Kitabı
Şəhidi-hürriyyər Səid Səlmasinin ruhuna ithaf

Bu baxışlar məlalü hüzn saçar,

Bu baxış dağidar edər ciyəri,

Qəlbə min dürlü yəsü matəm açar,

Səndə gördükcə bu nigahləri.

 

Ah, ey nocavan, ki qəlbində

Daima bəslədin həvayi-vətən.

Vətən uğrunda, millət eşqində

Laləgun oldu qanlarınla kəfən.

 

Əsəfa, vermədi əcəl möhlət,

Görməyə şadikam millətini.

Düşmənin vermədi sənə fürsət,

Etdi nabud fikrü niyyətini.

 

İştə fikrindəki sübati-himam

Verdi tərcih cahanə canani.

Ruhi-pakın tutub təriqi-ədəm,

Sinəçak etdi əhli-İranı.

 

Saf qəlbinlə bəzli himmət edib,

Qeydi-dünyadən oldun azadə.

Həsrətü yəs aruzu ilə gedib,

Müstərih ol behişti-əladə.

 

Dediyin tək həyati-istiqbal

Oldu axır fədası məsləkinin.

Can nisar etdin, etdin istikmal,

Qayim oldu əsası məsləkinin.

 

İştə min kərrə mərhəba olsun

O mübarək-nihad fitrətinə.

Cismü canım mənim fəda olsun

O müqəddəs türabi-türbətinə.

 

“Yeni Füyuzat” jurnalı,

11 yanvar 1911, â„– 2

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info