Səndə, ey Qafqaz, ey gözəl gülzar
Əlibəy Hüseynzadə həzrətlərinin Qafqasiyədən mühacirəti münasibatilə təhəssürat Səndə, ey Qafqaz, ey gözəl gülzar, Qəlb açılmaz gülü bənövşə solar. Daima başqa aşıyanə açar, Solsa gül, əndəlib olar naçar.
Nədən ey gülşəni-fünun və ədəb Bu qədər xarsən bu dünyadə? Nə üçün bilmədin? Nə oldu səbəb? Gəh vida eyləyir bu danədə?!
Ah, ey dahiyi-sütudə-nihad Bizə lütfünlə eylə ətfi-nigah, Səndən eylər bu millət istimdad. Ona sizlərsiniz yeganə pənah.
Edib əsğa təhəssüratımızı, Vətən olmaqda pürəsəf naçar Getmə!.. Məyusü naümid bizi Etmə, ey tutiyı-şəkərgöftar!
Cismü canımda ehtisasatım Şu kədərli fəraqə nifrət edər. Getdigin yerlərə xəyalatım Sürünüb əczlə peykcə gedər!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info