Qonaq Kitabı
Naxçıvanda bir nəfər dostuma

Özgələr dərs oxuyur, alimi-fərzanə olur,

Özünə, millətinə qövli-həkimanə olur,

Student olsa biri leyk bizim millətdə,

Ya qumarbaz, ya piyan, ya da ki, divanə olur.

“Molla Nəsrəddin”,

3 fevral 1913, â„– 4

 

Əcnəbi balda, qonaqlıqda, klubda həmə vaxt

Çalışır nazü nəzakətlə aparsın özünü.

Nə paxıllıqdı bu bəs bizdə Həsən xan kimilər,

Qumar üstündə yarır bir-birinin baş-gözünü?

“Molla Nəsrəddin”,

10 fevral 1913, â„– 5

 

Bilmirəm bu Kamal əfəndilər,

Nə üçün bikamal olur, ya Rəb?

Elm, fəzlü kamal başda gərək,

Adı qondarmağa nə oldu səbəb?

“Molla Nəsrəddin”,

5 aprel 1913, â„– 11

 

Oruc yeyənlərə kəc-kəc baxan, Oruc qardaş,

Bir azca hövsələ bas, səbr elə, darıxma, yavaş,

Beş-on gün ömrünü dünyada zəhmətilə keçir,

Öləndə, qorxma, gedərsən behiştə sən birbaş.

“Molla Nəsrəddin”,

24 avqust 1913, â„– 21

 

Misyonerlər çalışır cəbr ilə Abxaz qövmi

Eyləsinlər hamısı dini-məsihanı qəbul.

Qılmasınlar dəxi qanuni-şəriətlə namaz,

Etməsinlər ölünü dəfn bə ayini-rəsul.

 

Deməyirlərmi, bizim müftiyə bu məsələni,

Eylə tədbir eləyə mat ola bilmərrə üqul.

Ya deyirlərsə də, əlbəttə, eşitmir qulağı,

Çünki din məsələsi indi deyildir məmul.

“Molla Nəsrəddin”,

12 oktyabr 1913, â„– 23

 

Bir mühərrir ki, eybü nöqsanı

Yazdığı cümlədə pədid olsun,

Qanmasın hər sözün həqiqətini,

Anlamaq şəninə bəid olsun.

Saxlasın Mir Mühəmmədin tərəfin,

Canü dildən ona mürid olsun.

Əcəba, böylə bir şəqavət ilə,

Yaraşırmı, adı Səid olsun?!

“Molla Nəsrəddin”,

30 dekabr 1913, â„– 29

 

Yaşasın həm “Nicat”, həm “Sovqat”,

Qoydular dər həqiqət aləmi mat.

Müftinin hörmətin tutub mənzur,

Ora göndərdilər böyük bir zat.

Məclisi dəfn, kəfn təşyidə

Eyləsin ta ki bir vücud isbat,

Söyləsin birbəbir onun mədhin

Ki, edib millətə nasıl xədəmat.

Bakının böylə-böylə möcüzünə,

Zikr edin siz də dadlı bir salavat.

“Molla Nəsrəddin”,

9 mart 1917, â„– 5

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info