Qonaq Kitabı
Vükəlayi-millətə

Gəlməsə Batmanqılıc İrana, nəzm etməz qəbul,

Cəlb edək ol zatı fövriyyətlə, Allah eşqinə.

Yoxsa baş tutmaz sizin məşrutəniz, eylər üful,

Bəlkə qəmçiylə sizi islah edə şah eşqinə.

“Molla Nəsrəddin”,

19 noyabr 1910, â„– 36

 

Ətəbata çağırıblar ki, Süpehdar gedib,

Əvəzindən hamının rövzədə züvvar olsun.

Pul verib şiələrin ta satın alsın qanını,

Gəlsin İranda otursun, daha xunxar olsun.

“Molla Nəsrəddin”,

30 noyabr 1910, â„– 38

 

Bildir cümələrdə dükan açmazdı cəmaət,

Səd şükür, bu il qaldırılıbdır belə bidət.

Hər ildə müsəlman edə gər bunca tərəqqi,

Bir az keçər, aləm deyər: əhsən, belə millət!

“Molla Nəsrəddin”,

8 dekabr 1910, â„– 39

 

Bir rübaidə dörd qələt buraxır,

Barakallah, bizim müsəhhihlər.

Belə getsə, çərayidi-Qafqaz,

İşləri büsbütün tamam eylər...

“Molla Nəsrəddin”,

30 dekabr 1910, â„– 42

 

Musiqi nəğməsinin çöldə eşitcək səsinı,

Mollamız evdə oturduqda qulağın tıxıyır.

Bilmirəm, bəs nə əcəb tab eləyir məsciddə

Ki, çıxır mərsiyəxan şur ilə şahnaz oxuyur.

“Molla Nəsrəddin”,

12 yanvar 1911, â„– 2

 

Təqrir ilə, təlaqətü nitq bəyan ilə,

Mənbərdə şeyx nərm eyləyir səngi-xarəni.

Lakin məriz olanda dəmi-ehtizaridə,

Qail deyil təbibə, sevr istixarəni,

“Molla Nəsrəddin”,

28 fevral 1911, â„– 9

 

Bizləri məfluk edən hər adəti-millətimizi

Əcnəbilər daima təyibü təlin eyləyir.

Leyk böylə iftizahatın qüsurun qanmayıb,

Bax, “İşıq”da gör Xədicə bir nə təhsin eyləyir.

“Molla Nəsrəddin”,

5 iyun 1911, â„– 21

 

Xuliqan olma, quzum, fikrini bir islah et,

İstəmə bir bu qədər qəlbdən İran şahın.

Payimal olsa da qanuni-əsasi yenidən,

Genə müşkül yetirə canə sənin dilxahın.

“Molla Nəsrəddin”,

27 iyul 1911, â„– 27

 

Şüğl edən surətdə ruhani danos şeytanlığı,

Pəndü vəzindən onun olmaz mənafe gözləmək.

Şəxsin öz rəftarı, feyli qabili-təlqin ikən,

Dəfn vaxtı meyyidi-caizmi təlqin eyləmək?

“Molla Nəsrəddin”,

20 noyabr 1911, â„– 41

 

Yaxşı əmniyyətdir İran, həq bəladən saxlasın,

Qurd qoyunla otlayır bir yerdə itminan ilə.

Bəzi yerlərdə əgərçi öldürürlər bir-birin,

Eybi yoxdur, böylə işlər çox düşər insan ilə.

“Molla Nəsrəddin”,

27 noyabr 1911, â„– 42

 

Dedilər gərçi mülki-İranə

Açdı məşrutə bir təriqi-nəcat,

Püfləyib ruhi-tazə hər yanə,

Eylədi mürdəkanə bəxş həyat.

Ləğvdir büsbütün bu əfsanə,

Demişəm mən bu mətləbi kərrat,

Altı min il yatan səfilanə,

Oyananmaz, mahalıdır, heyhat...

“Molla Nəsrəddin”,

4 dekabr 1911, â„– 43

 

Naxçıvan dumasına gər o kəsin düşdü işi,

Çörəyi pişdi, kefi kök, damağı təht oldu.

Bir saatlıq iş üçün on gün olur avarə,

Əgər axırda düzəltdi, daha xoşbəxt oldu.

“Molla Nəsrəddin”,

18 dekabr 1911, â„– 45

 

Belə bir əsrdə kim elmi-maarif günəşi

Saçıb öz nurunu hər bir təbəqat üstündə.

Döyüşürlər, söyüşürlər, küsüşürlər yenə də,

Naxçıvan mollaları bəhsi-zəkat üstündə.

“Molla Nəsrəddin”,

20 yanvar 1912, â„– 3

 

Gündəlik qəzetələrdə dərc olunan sözlər edir

Hər tərəfdən hətərənlər-pətərənlər elam,

Mərhəbalar ki, həmişə Bakının hər xəbəri

Ya atışma, ya ölüm, ya da ki, sirqətdi tamam.

“Molla Nəsrəddin”,

13 yanvar 1913, â„– l

 

Rusların, ermənilərin, gürcülərin xəlfələri

Birliyə, məhrə, vəfayə çağırır millətini,

Nə şəqavətdir bu, bəs Naxçıvan əllamələri

İstəyirlər yeyələr bir-birisinin ətini.

“Molla Nəsrəddin”,

13 yanvar 1913, â„– l



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info