Qonaq Kitabı
İndi qalmışlar təmamən intizar iranlılar

İndi qalmışlar təmamən intizar iranlılar[1],

Bilməyirlər məmləkətdə bir nə var iranlılar.

 

Bir tərəfdən bu məhərrəmlik girib, şaxsey vurur,

Fikri-zikri ordadır hər sübh tezdən kim durur,

Bir tərəfdən də uruslar gündə bir hiylə qurur,

Lap itirmış özlərin bu kurü kar iranlılar.

 

Görmədim mən bir nəfər iranlı, fəryad etməsin,

Mollanın, xanın əlindən dad-bidad etməsin,

Qürbər eldə xanımanın daima yad etməsin,

Zülmdən qaçmışlar İrandan kənar iranlılar.

 

Fəhləlik, hamballıq etməkdən olurlar bel yağır,

Yad vilayətdə keçir övzavü əhvalı ağır,

Bascaq İrana ayaq molla və bəy, hakim sağır,

Ol səbəbdəndir olublar biqərar iranlılar.

 

Ol zaman kim, bu danosbazlıq binasın qoydular,

Milləti-biçarəyi-nalanı yeksər soydular,

Sanma kim zülm etdilərsə lamməhala doydular,

Daima qan-yaş tökür, biixtiyar, iranlılar.

 

Şükr edirlər keçməyibdir heç səmtə şahları,

Bitərəflikdə qalıb, vermiş daha allahları.

Məhz dünyada bu imiş görsənən dilxahları,

Taki tapsınlar bu cür bir iqtidar iranlılar.

 

Bəs ki binamusdur, bu zillətə tab eyləməz,

Ölmək ölməkdir, təfavüt yox, ölərsə neyləməz.

Bitərəfdir çünki hər zülm olsa dinməz-söyləməz,

Düşməni hər ləhzədə yoxsa qovar iranlılar.

 

Həzrəti valaları almış tamam on üç əyal,

Etinası yoxdu, qoy olsun da İran payimal,

Çün cavan şahzadədir, lazımdır etsin eyşü hal,

Çox da ki, nari-səfalətdə yanar iranlılar.

 

“Molla Nəsrəddin”,

18 oktyabr 1917, â„– 20



[1] Şeir ixtisarla verilir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info