Qonaq Kitabı
Üç dustaq

Mənzum hekayə

Qulaq as, duzlu bir hekayətdir,

Məzəli, gülməli rəvayətdir.

Sal nəzər Dağyanus[1] vilayətinə,

Diqqət et vəzinə, cəmaətinə,

Gör nə aləmdi, bir nə işlər var,

Nə əcaib yoxuş, enişlər var,

Üç nəfər mərd, sahibi-iman,

Üçü bir yerdə etdilər peyman.

Biri molla, biri müddərris idi,

Fitrətən hər ikisi də pis idi.

Leyk yoldaşları olan əllaf

Həmi dindar idi, həm də adəmi-saf.

O da aldandı bunların sözünə,

Quyu qazdı həqiqətən özünə.

Getdilər oldular yalan şahid,

Bəlkə, bir mənfəət ola aid.

Düz danışdı şahidlərin qalanı,

Bunların çıxdı zahirə yalanı.

İstəyib salsın özgəsin cələyə,

Düşdülər özləri həman tələyə.

Üzə düşdü axırda iş naçar,

Oldular bir böyük qəzaya düçar.

Çün silistçi[2] işi silist etdi,

Üçü birdən gurultuya getdi.

Padloq[3] iş çıxdı çünki meydana,

Saldılar hər üçün də zindana.

Zaminə, zalikə buraxmadılar,

Çox vəsatət olundu, baxmadılar.

Qatdılar bir kiçik, kifir qəmirə,

Ora olmazdı bir əhəd də girə.

Nə qoyurlardı şey gətirsinlər,

Nə bir addım yaxın götürsünlər.

Kişilər qaldılar yarımqarın, ac,

Qalanın bəysumatına möhtac.

Dişləri tutmadı yavan qalacı[4],

Çünki həm bərk idi və həm də acı.

Üçü də qaldı damda baxa-baxa,

Ruzgar ilə oldu əlbəyaxa.

Neçə ay keçdi böylə zillət ilən,

Zəhmətü möhnətü məşəqqət ilən.

Üçünün də ağardı saqqalı,

Yuna döndü yazıqların yalı.

Biri aciz, yazıq bir adəm idi,

Cürəti, həm cəsarəti kəm idi.

Azca qalmışdı sinəçak olsun,

Qorxudan partlasın, həlak olsun.

Nə qədər verdilər ona təskin,

Olmadı sakit, etmədi təmkin.

Çığırıb, nərə sübhü şam elədi,

Yeyib-içdiklərin haram elədi.

Gördülər qalmayıbdır tab əsla,

Yığışıb bir gün etdilər şura;

Edələr nadziratelə[5] təklif,

Bəlkə, bir növ ilən verib təxfif,

Bunların yerini dəyişdirsin,

Bəzi əşxas ilə görüşdürsün,

Yazdılar bir ərizə surətini,

Açdılar mətləbin həqiqətini.

Şərh edib iziganə hər üzünü,

Dedilər lap səhihini, düzünü

Ki, bizə tənglik eyləyib təsir,

Çox darışlıqdır, olmuşuq dilgir.

Qalanın biz yeyənmirik çörəyin,

Görmürük qövm-qardaşın köməyin.

Qalmışıq damda ac-susuz, heyran,

Qoymuyurlar gələ nə bir insan,

Bircə yorğan, bir döşək gətirə,

Laməhalə yavan çörək gətirə.

Dəxi bizdə nə tab var, nə təvan,

Müxtəsər, çarə qıl, amandır, aman!

Nadziratel ərizəyə baxdı,

Gördü yazdıqları tamam haqdı.

Mətləbin əsil fərini qandı,

Ürəyi xeyli onlara yandı.

Fövri qıldı prokrora məlum,

İşi təfsilən eylədi məfhum.

Sərgüzəşti açıb əyan etdi,

Birbəbir hər üzün bəyan etdi.

Yazdı var damda üç nəfər piran,

Halı əfsürdə, gözləri giryan,

Yerləri çox olubdu narahət,

Çox çəkirlər türmədə zəhmət.

Qocalıqdan olublar bitaqət,

Qocaya eyləmək gərək hörmət.

Sən özün razı olmasan bu işə,

Bir güzarın əgər bu səmtə düşə,

Bura bir iltifat edib gəlsən,

Buları böylə vəzilən görsən,

Ürəyin çox çətindi tab eləsin,

Belə zülmü bica hesab eləsin.

Bir də insaf deyil bu ağsaqqal

Kişilər burda ta ola pamal.

Onlara yaxşı bir məqam gərək,

Çinki piranə ehtiram gərək.

Çox qaranlıqdı, yerləri dardı,

Yanlarında böyük qəmir vardı,

İzin ver ya dəyişdirək yerini,

Ya qataq ayrı-ayrı hər birini.

Yalı-koppalı böylə ağappaq

Kəsləri eyləmək bu cür dustaq,

Hansı dinə, təriqətə yaraşar.

Harda bir zülm böylə həddən aşar.

Buraxaq qoy çıxıb dolansınlar,

Kölgə yerlərdə daldalansınlar.

Etməsinlər məni də narahət,

Verməsinlər başağrısı, zəhmət.

İltimasım budur cənabından,

Məni qurtar bunun əzabından.

Bu ərizə prokrora getdi,

Bircə bax, gör fələk nələr etdi.

Bu sözü qoy qala bir az dəmdə,

Qulaq as başqa ərzimə, həm də.

Fikr ver bir kəlamə diqqət ilən,

Deyirəm gör sənə nə ləzzət ilən.

Əmilər qaldılar haman damda,

Müntəzir həm səhər də, axşam da,

Ta ərizə gedib qəbul olsun,

Bəlkə, bir mənfəət hüsul olsun.

Biri bir gün dedi üzüm qaşınır,

Çün keçibdir hənası, anlaşılır.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info