Qonaq Kitabı
Gülməsin

Gülməsin, hərgiz cahanda ruyi-ürfan, gülməsin,

Çıxmasın şəmsi-təməddün, əhli-vicdan gülməsin.

 

Gülsün ol kəslər ki, dünyanı xərabistan sevər,

Hər nə var şeytan gülərsə gülsün, insan gülməsin.

 

Sonyalar gülsün, açılsın qönçətək şirin ləbi,

Dərd içində qoy qala Fatma, Tükəzban, gülməsin.

 

Elm, sənətlə gülərsə qonşular, baxma ona,  

Cəhd elə, qardaş, maariflə müsəlman gülməsin.

 

Paymal olsa hüququ binəva dehqanların,

Olsun, olsun, qoy çox olsun, ruyi-dehqan gülməsin.

 

Ey bizə fani cahanın dövlətindən dəm vuran,

İstəyirsən bizlərə cənnətdə qılman gülməsin?

 

Görsə bir məzlumu cahi-zillət içrə can verir,

Olmaz əsla, zövq ilə molla badımcan gülməsin.

 

“Molla Nəsrəddin”,

20 may 1914, â„– 18

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info