Qonaq Kitabı
Qorxuram bayramımız qara gələ

Qorxuram bayramımız qara gələ,

Məmdəli, Pinti Həmid birdən ölə.

 

Kaş, tufan ola aləmdə bütün,

Biz qalaq daimi matəmdə bütün,

Yana bu şiə cəhənnəmdə bütün,

Nə ki, xakə bu əzizlər gömülə.

 

Əlvida etsələr[1] dünyaya bular,

Gülşənin gülləri bilmərrə solar,

Millətin eyş-nişatı pozular.

Çox çətin bu üzümüz bir də gülə.

 

Lən nifrin ola bu əyyamə,

Dağ çəkdi cigəri-islamə.

Cövrü zülmün yetirib itmamə,

İşimiz pis gətirib ildən-ilə.

 

Kamil öldü, qəmimiz oldu məzid

Ki, şükür eylər idik vardı Həmid.

Bu da ölsə dəxi yox başqa ümid,

Türklüyə onda gərək xətt çəkilə.

 

İşığı səltənətin söndü, vəli

Şükür edirdik genə var Məmmədəli,

Bu da fövt olsa dübarə, deməli,

Qalarıq mat-məəttəl habelə.

 

“Molla Nəsrəddin”,

14 mart 1914, â„– 9



[1] Etsələ - etsələr.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info