Qonaq Kitabı
İradəmizə yazılan əşar nümunələri

Mühərrirlərimiz

Şeyx Hüseynin görsə Mirxaniyan “Bəyanül-həqqi”ni,

Dinə gəlmiş guşəmizdən qət edər dığdığını.

 

Barəkallah, afərin, almaz belə şərhi-cəmil,

Düşməni üskat üçün yazmış qoçaq bir çox dəlil.

 

Müştərini görsə kim Azər yazıb biz təzkirə,

Qorxuram salsın “Riyazül-aşiqi”ni təndirə,

 

Başına topraq, kitab yazmaq yazıq Nəvvaba bax,

O da bir Nuşafərin yazmış yaman gözdən iraq,

 

Çərxi-dövran, barilaha, sındıraydı xaməsin.

Yazmayıb göstərmiyəydi xəlqə məzlum naməsin.

 

Mir Kərim eylər təəssüf daim öz təfsirinə,

Olmadı biçara məzhər bir kəsin təqdirinə.

 

Ruhi-Sədini edib də kəndinə nifrin xan,

Yazdı bir bax cürətə Rahildə şerhi-Gülüstan.

 

Ərseyi-şiranı seyr eylər baxın bir tülküyə,

Seyyidi-Zərgər çevirdi “Bustan”i-türküyə.

 

Bizdə gər olsaydı bir sahibqələm Hadiyi-rah,

Cahilə olmazdı meydani-ədəb baziçəgah.

 

“Molla Nəsrəddin”,

29 yanvar 1914, â„– 3

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info