Qonaq Kitabı
Müxəmməsçilər

Molla dayı, işbu müxəmməsçilər,

Yazmadılar şövqə gəlib şeirlər.

Görsə bu əşarı Füzuli əgər,

Məncə, onun qailinə həcv edər.

Şeir yükündən düzülüb qafılə,

Hey yazılır, hey pozulur nafilə.

Səhfeyi- “İqbal”[1] dönüb dəftərə,

Şeir yazır onda yetən məsxərə.

Xəlqə müdiri veriyor müzvərə,

Biz də gərək ondan edək qərqərə.

Məndən əgər olsa, çəkib kəndirə

Çırpı yerinə ataram təndirə.

Şeirlə İran kimi bir məmləkət

Vermədi övladına bir mənfəət.

Çəkdi göyə özgələri mərifət,

Qıldılar ehrac kəlamü sənət.

Mən kimi hər bambılı, hər bisavad,

İstər ala şeir deməklikdən ad.

 

“Molla Nəsrəddin”,

30 dekabr 1913, â„– 29



[1] Qəzet adıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info