Qonaq Kitabı
Millətə pəndi-pədərdir yükü məcmuəmizin

Millətə pəndi-pədərdir yükü məcmuəmizin,

Əhli-mənayə yetər bir təki məcmuəmizin.

 

Qübh edər bizləri gər Şişədə Nəvvabi Miriş,

Bizə olmuşdu qabaqlarda müridi xoşkiş,

Xah ərbabi-ğina, xah gədavü dərviş,

Tapşırılsaydı əgəh əhlinə dünyada hər iş,

Sıxmayıb düşməni hər kəlməsi məcmuəmizin,

Başına dəyməz idi çərməki məcmuəmizin.

 

Xətteyi-Qafqaz ara hər nə ki var köhnəpərəst,

Cib kəsib başda gəzən, müftə yeyən, bənginməst,

Səf çəkıb cığ kimı durmuş hamı tiği-bədəst,

Göstərirlər bu yazıq Mollaya[1] bir zərb ilə şəst,

Büksələr gər içinə təmbəki məcmuəmizin,

Haşalillah, dəyişə məsləki məcmuəmizin.

 

Əhli-Quranə ədəb qamçısıdır məşrəbimiz,

Dinləyən zatə birər moizədir mətləbimiz,

Xəsü xaşak olanı tapdayacaq mərkəbimiz,

Vursalar ombasına min zəki məcmuəmizin,

Haq bilir düşməyəcək bir tükü məcmuəmizin.

 

Ədəbə düşmən olub mollavü seyyid, nə ki var,

Aldadıb milləti hər ləhzə bular tapdadılar,

İşbu din oğruları ciblərinə doldurdular,

İffətü şərmü həyanı üzümüzdən yudular,

İçsələr qanını yüz nəlbəki məcmuəmizin,

Xaini susduracaq bir təki məcmuəmizin.

 

“Molla Nəsrəddin”,

29 yanvar 1914, â„– 3



[1] Məcmuəya işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info