Qonaq Kitabı
Harda düşür vur şitil iranlıya

Harda düşür vur şitil iranlıya,

Pampaca sal hər mitil iranlıya.

 

Baxma ki, təbrizlidi, tehranlıdı,

Rəştlidi, qəzvinlidi, zəncanlıdı,

Eylə ki, gördün diridi, canlıdı,

Boynuna dırmaş, səril iranlıya.

 

Xoyluya, salmaslıya bel bağlama,

Ölsə mərəndli gününə ağlama,

Yəzdlidən ötrü ürəyin dağlama,

Rəhm eləmə, zir-zibil iranlıya.

 

Qılma nəzər onlara insan kimi,

Bağrına basma oları can kimi,

Hansı biri çeşminə çarpan kimi,

Qeyz ilə söylə: itil, iranlıya.

 

Qorxma, əzəldən kötəyə öyrənib,

Hər yetən ovsarlayıb, axır minib,

Qeyrətinin məşəli çoxdan sönüb,

Birdi söyüş, yağlı dil, iranlıya.

 

Şiədi, dünyada cəlal istəməz,

Elm oxumaz, fəzlü kəmal istəməz,

Cənnətə müştaqdı, mal istəməz,

Kövsər olub səlsəbil iranlıya.

 

Sal sixəki qoy yıxıla palçığa,

Vur, təpik altında bulaşsın zığa.

Baxmaz, əgər çıxdısa aydınlığa,

Yalvarasan yüz min il iranlıya.

 

Boş tutasan, alsa ayaq üstünə,

Üz verəsən, büzsə dodaq üstünə,

Şər atacaq onda bayaq üstünə,

Yüz dəfə get sən əyil, iranlıya.

 

Yaxşı Səməd xan başarır fəndlərin,

Odlara qurban eləyir kəndlərin,

Qorxmasalar, keçsələr sərhədlərin,

Söyləmək olmaz çəkil, iranlıya.

 

Görmədin osmanlıların başına

Əngəl açıb qatdılar su aşına.

Zülm eləmək qardaşı qardaşına

Sənət olub səngdil iranlıya.

 

Gördü əzirlər yazığın baş-gözün,

Qeyrətə gəldi bu da dürtdü özün,

Fövri soxub ortaya sərhəd sözün,

Hökm elədi gir, təpil, iranlıya.

 

Aləmi-islamə vurub min ləkə,

Sünniyə yanmaz ürəyi bir tikə,

Türk adı yanındaca hər kəs çəkə,

Güllə vurur, eylə bil, iranlıya.

 

“Molla Nəsrəddin”,

27 yanvar 1913, â„– 3

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info