Qonaq Kitabı
Gəldi yenə Rəhim xan İranə, barəkallah!

Gəldi yenə Rəhim xan İranə, barəkallah!

Çıxdı əcəb igidtək meydanə, barəkallah!

 

Çün gördü başpozuqluq olmuş bu qövmə pişə,

Etmiş cəmaət adət qan tökməyə həmişə,

İştə bu zalım istər vursun dübarə tişə,

Aləm bütün boyansın al-qanə, barəkallah!

 

Bir-bir çü müstəbidlər İranə olmuş azim,

Rusiyyədə dübarə qalmaq daha nə lazim?

Fikri budur kı, şahə olsun genə mülazim,

Etmiş qəsəm şu əhdü peymanə, barəkallah!

 

Gördü ki, parlamanda var başqa ciddü qeyrət

Axırda verdilər çün Eynüddövləyə vəzarət,

Gəldi bu da təpilsin, qoysun binayi-qarət,

Yar olsun ibn-ümmül-xaqanə, barəkallah!

 

Bunlar ki, getdi, dəydi çun bir-birinə İran,

Oldu bütün vilayət əhrar əlində viran,

Oldur ki, nail oldu, dilxahinə Rəhim xan,

Müjdə yetişdi Zilli-Sültanə, barəkallah!

 

Söz yox, gərəkdi çatsın məqsudinə süpəhdar,

Olsun cəri qitalə yeksər güruhi-əşrar,

Ta bəlkə, Məmdəlini cəlb eyləsinlər təkrar,

Gəlsin, özün yetirsin Tehranə, barəkallah!

 

Yefrem gərəkdir işdən çıxsın bütün kənarə,

Təfviz olunsun işlər öz əhlinə dübarə,

Lazımdı mürtəcelər çatsınlar ixtiyarə,

Gəlsinlər şahsevənlər cövlanə, barəkallah!

 

Caiz deyil ki, olsun Təbrizdə əmnü rahət,

Labüddü Həştrudda qopsun gərək qiyamət,

Kürdlər Savucbulaqda yapsın gərək cinayət,

Dönsün həmişə cənnət niranə, barəkallah!

 

Müştaqdir cəmaət bəs kim vücudi-şahə,

Tabedilər həmişə qəlbən cünudi-şahə,

İştə yetibdi indi növbət vürudi-şahə,

Gəlsin keçirtsin ömrünü şahanə, barəkallah!

 

“Molla Nəsrəddin”,

22 dekabr 1910, â„– 41

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info