Qonaq Kitabı
Nəzirə

Mənim ey naxçıvanlı şairə heyran olan könlüm,

Yazan latayilatə matü sərgərdan olan könlüm.

Həya qılma, açıq söylə, cahanda sən görübsənmi

Həmi şair, həmi molla, həmi şeytan olan, könlüm?

O cür şair çıxar mənbərdə hər il xalqı süng eylər,

Genə şərm eyləməz, söylər: mənim giryan olan könlüm.

Rəvadır gər desə: ey tutmayan bir məsləki-qaim,

Olub aludə dünya malına, xulqan olan könlüm.

Münəzzəh adəmiyyətdən, mübərra hüsni-sirətdən,

Kəlami ləğv, qövlü hərzəvü hədyan olan könlüm.

Danosbazlıqdan xalqı tovluyub hər şəklə düşməkdə,

Təqəllübdə, qərəzdə heyrətə şayan olan könlüm.

Orucluqda, məhərrəmdə salan xəz xirqə düşmənə,

O aylardan sora hərrac edib üryan olan könlüm.

Danan “Tazə həyat”ın, “İttifaq”ın pulların savsem,

Yazıb “Zənbur”un üstə arizi-divan olan könlüm.

Əgər ölsən də, söz yox ki, Otaylı səndən əl çəkməz,

Yazar, tənqid edər hər feylini insan olan könlüm.

 

“Molla Nəsrəddin”,

14 fevral 1910, â„– 7

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info