Qonaq Kitabı
Axund

Qoydun əmmamə başına, dandın həqiqəti,

Alat-həcvü məsxərə qıldın şəriəti,

Udvan olub ülumə, sevdin cəhaləti!

Saldın əsarət altına biçarə milləti,

Dinin fədayi-dirhəmü dinar edən axund,

Millətlər içrə millətini xar edən axund.

 

İnsaf elə, bu qədər yalan macəra demə,

Peyğəmbərə, imama bu növ iftira demə,

Mənbərdə hər cəfəng sözü, qıl həya, demə,

Hər bir yalanı həzrətə bilmə rəva, demə.

Ey milləti cəhalətə vadar edən axund,

Hər dürlü fərqü iczə giriftar edən axund.

 

Yox bir açıq dilim sənə mən eyləyim əyan,

Ta sən qanınca qalmayacaq millətimdə can,

İnsafə gəl, mürüvvət elə, rəhm qıl, aman!

Millətdə yoxdu bunca bu zillətlərə təvan,

Ey mənbəri-peyğəmbəri murdar edən axund,

Ey millətin işıq gözünü tar edən axund.

 

“Molla Nəsrəddin”,

15 noyabr 1909, â„– 46



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info