Qonaq Kitabı
Dolaşma

Ey Molla dayı, gəl bu müsəlmanə dolaşma,

İnsaf elə, hər sahibi-iymanə dolaşma.

İmdi ki bizim əksərimiz şeyxidi, molla,

Yazma oların eybini, hər yanə, dolaşma.

Qazilərimiz gərçi süvar olmuş əvamə,

Alimdilər, elm əhlinə, ürfanə dolaşma.

Gər hacı baba darmadağın qılsa Qubanı

Baş qoşma, o cür alimi-zişanə dolaşma.

Hər pirləri rişxəndə qoyub, məsxərə qılma,

Cindarə inan, cin ilə şeytanə dolaşma.

Məxluqi bu qədr eyləmə risva, həzər eylə,

Bəsdir bu qədər vaizü bəy, xanə dolaşma.

Sən də olsan bəy, yeyəsən müft-müsəlləm,

Rəhm eyləməzsən rəncbərə, dehqanə, dolaşma.

Xanlar kimi hərgah olasan sahibi-dövlət,

Məğrun olusan, sərvəti-səmanə, dolaşma.

Millət özü halvasını çaldı ağaların,

Sən barı çək əl, şah ilə sultanə dolaşma.

Millət özünün, qanmasa, təklifıni versə

Makulu Qarov xanə, Nəmov xanə, dolaşma.

On dörd parə kənd əhli bu məşrutə zəmanı,

Gər ac-susuz düşsə biyabanə, dolaşma.

Şeyxin təri, ya çirki şəfa oldusa xalqa,

Gülmə belə ecazə, bu dərmanə dolaşma.

Bir dəfə Cüvəllağı uzun etsə müşərrəf,

Eyb etmə ona, yazdığı hədyanə dolaşma.

 

“Molla Nəsrəddin”,

30 avqust 1909, â„– 35

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info