Qonaq Kitabı
SƏN DƏ BİR

Ağlağan, ey qəmli könlüm, pürğübar оl, sən də bir,

Zövqü ləzzət, eyşi-işrətdən kənar оl, sən də bir.

Zaği tək daim siyahpuş оlma bifikri-xiyal,

Şaxeye baği vətəndə gül, həzar оl, sən də bir.

Cəh-cəhi hüzn avər ilə söylə halın millətin,

Ahü vayla millətə ahəngüdar оl, sən də bir.

Ruzügarın pənceyi qəhrində sоlmuş gülləri,

Görgilən ey qəlbü zarım, dağüdar оl sən də bir

Sərsəri badü xəzan sоldurudu baği-ğeyrəti,

Ibrət eylə ey könül, rəncuri ar оl sən də bir.

Afitabi bəxtü millət pərdeyi-zülmətdədir.

Hardasan ey nuri-həqq, pərtоv nisar оl sən də bir.

Şeri paki ələman hədyan ilə dоldurdular,

Bunlarə tiğe-zəbanəm, zülfiqar оl sən də bir.

Şaeran zülfi-nigari tel bə tel fırlandılar,

Fırlan ey mu, bunları çal, şahimar оl sən də bir.

Guşeyi zillətdə millət dad edir, imdadı yоx,

Ey оlan məste-səadət, şahsuvar оl sən də bir.

Ey оlan məste-səadət, şahsuvar оl sən də bir.

Naləvü fəryad, vaveyla ucaldıldı göglərə,

Çatla ey tağü səmavi, tarümar оl sən də bir.

Yоldan azdı, düşdü girdabi-bəlayə ümmətin,

Qəbirdən dur, ya Məhəmməd, ya şümar оl sən də bir.

Zülmü bipayan zalımlardan əzildi millətim,

Harda qaldın ey ədalət, aşikar оl sən də bir.

Gəlişin millətdə bəsdir, əsdi bu badi-xəzan,

Fırlan ey dövranü aləm, növbəhar оl sən də bir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info