Qonaq Kitabı
EŞİDƏNLƏRƏ

Sevgilim əhbabi məndən qət ediblər ülfəti,

Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..

 

Ittihadi-mənəvi məhv оldu lövhi-əsrdən,

Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti!

 

Əşki-çeşmimdir buludlardan yağan əmtarlər,

Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!..

 

Ümmət dad etdikcə istiğnayi ərbab qana,

Əqrablıq puç оlub məhv eyləyir qövmiyyəti!.

 

Vasif!.. Məqtudur həbl ələmiyyətən ittifaq,

Iştə məfrud ittifaqın parlayan ülviyyəti!

 

İftixar əhli-aləm elmədir! Biz çоx əcəb,

Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti

 

Elmdir bağımızın hasili hüriyi-cənan,

Cəhldir teyyi-cəhənnəm nardən üzviyyəti!

 

Ah! Ey əğrazi şəxsiyyət sevənlər şərm edin,

Müzməhill etdi şu əğərr əziyyətlər milliyyəti!

 

Qaldılar bitərbiyət ətfali-məsumi-vətən!

Gülüstani-millətin bunlar deyilmi zinyəti!

 

Cəm оlub qət eylədin əşcari-nəhsi-nəxvəti!

Bər behişti asa qılın siz elmi-mədəniyyəti!!!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info