Qonaq Kitabı
KƏNDLİLƏR VƏ MÜLKƏDARLAR

Ordubad kəndlilərindən bir çoxu ağalıqdır. Ağaların kəndlilərdən vergi almaq qanunları tamamilə İranda olduğu kimi idi. Taxıl və yaxud pambıq vaxtı ağanın adamları tarlanın kənarına gəlib onu gözdən keçirir və ondan nə qədər məhsul çıxacağını təxmini olaraq yazır. Kəndli o hesabdan ağanın vergisini verməyə məcburdur. Çox vaxt təxmini məhsul təyin edənlər kəndli ilə düşmən olduğu, yaxud rüşvət ala bilməməsi səbəbindən 50 pud pambıq verə biləcək tarlaya yüz pud məhsul yazırlar. Nəticədə kəndli bütün topladıgı pambığı ağanın vergisinə verib, əliboş qalırdı. Bunun kimi də arpa, buğda məhsulu idi. Kəndlilərdən bir çoxu xəlbir və şanasını götürüb evinə boş getməyə məcbur olurdu. Buna görə də 1885-ci ildən başlayaraq, Ordubad kəndlərində mülkədarlara qarşı bir hərəkat başlandı. Bu hərəkat birincı kərə Dəstə kəndində Hacı Əbutalıb vərəsələrinə qarşı başlamışdı. Onlar bu ixtilafı yatırmaq üçün güzəştə getdilər. Məhsul gotürüldükdə onlar öz adamlarının nəzarəti altında olaraq hazır olan məhsulu gözdən keçirib vergilərini aldılar. Eyni hərakat həmin ildə Yaycı kəndi sahibi Məhəmmədxana qarşı başlanmışdı. Lakin o, Dəstə kəndi sahibləri kimi güzəştə getmək istəmədi. Hərəkat böyüdü, xanı kənddən qovdular. O, yığışıb Ustupu kəndinə getdi. Vergi vermədilər. Məhəmmədxan iflas dərəcəsinə gəlmişdi. Nəhayət, hökumət hərəkatın başında duranları cəzalandırdı və Məhəmmədxanın istədiyini kəndlilərə qəbul etdirdi. Bu məcburiyyətə baxmayaraq kəndlilər hökumət hesabına götürülənə qədər yenə də bu hərəkat davam edirdi. Kəndlər hökumət hesabına götürüləndən sonra kəndlilərlə ağalar arasında ciddi mübarizə başlamışdı. Çünki kəndlilərin torpağının böyük hissəsi yenə də ağa torpağı namilə mülkədarların əlində qalmışdı. Təsərrüfat qüvvəsi yüksək olan və arxasında hökumət görən köhnə ağalar kəndliləri istədiyi qədər boğurdu. Xüsusən kəndin suyunu zorlayıb alırdılar. Hökumət heç vəchlə kəndilərin şikayətinə baxmır və köhnə ağaların qarşısını almırdı. Agalar təzədən kəndlilərin torpaqlarını almağa başlamışdı. Bununla da hökumət hesabına alınmış kəndlər parça-parça ağalara satılırdı. Çünki kəndlilər onlarla mübarizə apara bümirdilər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info