Qonaq Kitabı
ERMƏNİLƏRLƏ MÜNASİBƏT

Ermənilər də 1918-ci il mayın 26-da öz istiqlaliyyətlərini elan etdilər. Ermənilər heç bir zaman türklərlə dost olmamışdılar. Ruslar Qafqazı işğal edən zaman ermənilər onlara yol göstərmiş və cəsusluq etmişdilər. Ermənilər bir Qafqazlıya yaraşmayan şəkildə türklərə pislik etmişdilər. Rusların türklərə etdikləri yazmaqla bitmədiyi kimi ermənilərin də bizə etdikləri pisliklər saysız-hesabsızdır. Ermənilərin bizə etdikləri arasında ən ağır gələni aşağıdakı hadisələr olmuşdur. Moskvanın Qızıl Ordusu 1920-ci ildə Azərbaycanı işğal edincə siyasi dövlət xadimlərimizdən bəziləri Gürcüstana sığınmışdılar. O zamanlarda Tiflis hər nə qədər Gürcüstanın mərkəzi sayılırdısa orada çox sayda yaşayan ermənilər də Tiflisli sayılırdılar. Ermənilər, Tiflisdə Fətəli Xan Xoylunu şəhid etdilər və sabiq ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədlini yaraladılar. Bir ay sonra yenə Tiflisdə parlament sədri müavini olmuş Həsən bəy ermənilər tərəfindən qətlə yetirildi. Mühacirə terror edilirmi? Bax budur ermənilərin vəhşiliyi. İki qonşu millətin ikisi də Qafqazlı, ikisi də respublika üsul-idarəsi ilə idarə olunur və ikisinin də  respublikaları yeni yaranmışdır və iki millət qədim tarixdən bəri qonşu olaraq yaşamaqdadır.

Qızıl Ordu xaincəsinə Qafqaza hücum edərək onu işğal edir. Xüsusilə, Azərbaycan torpağı atəşlər altında yanır. Qızıl Ordu elə bir ordudur ki, nə qanun var, nə də vicdanı. Bu vəziyyətə düşənlərə də qonşuları təsəlli verərək dərdinə şərik çıxır və kömək edirlər. Ancaq bütün bu keyfiyyətlər ermənilərdə olmamışdır. Onlar küçədə rastlaşdıqları hər bir türkü vəhşicəsinə qətlə yetirdilər. Bu terrorların hamısının başında ermənilərin “Daşnak” Partiyası durur. Qonşularına qarşı bu vəhşi hərəkəti etməklə “Daşnak” Partiyası liderləri ilk əvvəl erməniləri fəlakətə sürüklədilər. Onlar elə bildilər ki, Türkün bir qolunda Fətəli xanları, Həsən bəyləri, Behbud Cavanşirləri, digər qolunda Tələtləri, Şakirləri, doktor Nazimləri, Camal paşaları şəhid etməklə Türk millətini qırıb qurtaracaqlar. “Türk beşiyi dahilərin yatağıdır” demişlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info