Qonaq Kitabı
GÜRCÜLƏRLƏ MÜNASİBƏTİMİZ

Gürcülər tarix boyunca Qafqazdakı türklərlə qardaş kimi davranmış və aralarında dostluqlarını pozacaq heç bir hadisə olmamışdır. Türklərə qarşı ermənilərə yardım edən rus komandanı general Kalaşnikovu 1907-ci ildə Tiflisdə qətlə yetirən mücahid Hüsü gürcü qadınları tərəfindən evdən-evə keçirilərək qaçırılmış və rus polisinin əlinə keçməsinə mane olunmuşdur.

Lakin, aralarındakı bütün bu dostluğa baxmayaraq bu iki qonşunun siyasi görüşləri bir-birinə zidd idi. Türklər müstəqil bir dövlət olmaq və Rusiya ilə bütün əlaqələri kəsmək məqsədi ilə çalışırdılar. Belə ki, sosialist olan gürcülər rus sosialistləri ilə birlikdə yaşamağı düşünürdülər. Müstəqil bir hökumət qurmaq ağıllarına belə gəlməzdi. Onlar milləti inkar edərdilər. Gürcülər rus sosialistlərinə rəhbərlik etmiş olub rus inqilabında böyük rolları vardır. Gürcülərin davası rejim davasıdır. Sosialistləri ruslar ilə birgə olduqdan xalqları da ruslardan ayrılmaq istəmirdilər. Burada fikrimi qeyd etmək üçün bir hadisədən bəhs edəcəyəm. Sovetləşmiş rusların vəhşiliklərindən uzaqlaşdığımız vaxtlar idi. Qafqazın son məntəqəsi olan Batumdayıq. Mən Batumdan gəmi ilə Trabzona gəlib burada yerləşdim. İki il burada yaşadıqdan sonra İstanbula köçdüm. Bir gün vaxtilə Gürcüstanın hərbi naziri olmuş olan general Odişelidzeyə rast gəldim. Söhbətimiz zamanı generalı fikirdən çox dəyişmiş gördüm və səbəbini soruşdum. O, mənə bunları anlatdı:

İstanbula gəldikdən sonra qəzetlərdən Sovet Ticarət nümayəndəsinin Orcenikidze adlı gürcünün olduğunu öyrəndim. Onun yanına getdim. Ona kim olduğumu dedim. Məni qəbul etdi və nə istədiyimi soruşdu. Mən ona cavab verdim ki, siz gürcüsünüz mən də. Hərbi nazir vəzifəsindən istefa verdim və bolşeviklər Gürcüstanı işğal etdikdən sonra vətəni tərk etdim. Sizinlə bir gürcü kimi danışacağam. Biz sosialist bir dövlət qurduq. Beynəlxalq bir nümayəndə heyəti gəldi və idarəetmə mexanizmimizə heyran qaldı. Bu vəziyyətdə rusları hansı səbəbdən Gürcüstana gətirmək qərarına gəldiniz?” deyə soruşdum. Orcenikidze mənə "General, mən hərbçi deyiləm, siz isə təcrübəli generalsınız. Birlikdə yaxın tarixə bir nəzər salaq. Mustafa Kamal paşa İstanbul hökumətinin səltənətinin əleyhinə çıxıb onlara tabe olmadı. Sonra Anadoluda milli mücadiləyə başlayıb düşmənlərini ləğv etdi. Ölkənin idarəsini əlinə alaraq Cümhurriyət qurdu və bu dövləti Dünya dövlətlərinə tanıtdı. İndi də başqa bir Türk generalı yolundan çıxıb Ankara hökumətini dinləməzsə və Qafqaza hücum etsə nə olar? Türklərin 1918-ci ildə Batuma hücumlarının qabağını ermənilərlə hələ birgə olduqsa da yenə saxlaya bilmədik. Qurduğumuz hansı cümhuriyyətdən bəhs edirsiniz. General, bunu qəbul etmədiyiniz təqdirdə yaxşı və ətraflı düşünmədiyiniz qənaətindəyəm. Əgər gürcü millətini sevirsinizsə bunu yaxşı bilməlisiniz ki, Rusiyasız gürcü milləti yaşaya bilməz".

Onun bu sözlərinə mən haqq qazandıraraq, təşəkkür etdim və iki gürcü qardaş kimi ayrıldıq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info