Qonaq Kitabı
AĞACIN ALTINDA KÖLGƏ

Ağacın altında kölgə,

Kölgənin altında torpaq,

Torpağın altında ölülərimiz.

Ağac öləndə

    kölgəsini aparacaq,

Kölgə öləndə günəşi,

Günəş öləndə

Ölülərə qoşulacağıq biz...

 

Buludun üstündə ay,

Dənizin üstündə ay işığı,

Ay işığında

     ulu bir soyuq.

Ayı bulud udacaq,

Ay işığını dəniz.

Gecəyə qovuşacağıq biz.

 

Köksümüzün altında ürək,

Ürəyimizin altında arzu,

Arzumuzun altında biz.

Əvvəl biz susacağıq,

Sonra qəlbimiz.

Arzumuz yaşayacaq,

Ağac bitirəcək

     günəşin altında,

Kölgə sərəcək

     yarpağın altında.

Çəkib torpağı üstümüzə

Güləcəyik torpağın altında...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info