Qonaq Kitabı
ƏLLƏRİM EŞİDİR SƏSİMİ

Səsim əllərimə qədər,

Əllərimdən o yana

     kimsə eşitməz səsimi.

Səsim ürəyimə qədər,

     ürəyimdə itməz səsim.

Səsim yuxu gətirər körpələrimə,

Səsim güclə çatır əllərimə,

Əllərim eşidir səsimi;

Rüşvətə açılmır,

Sinəmdə çarpazlanıb

kiçilmir, alçalmır.

Səsim göyərçin kimi

     ovcumdan qanad açacaq;

Uçacaq bir gün,

     mütləq uçacaq!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info