Qonaq Kitabı
GÖZLƏMƏ SALONU

Bir topa qara buludu qovur külək,

Bəlkə hardasa yağışı gözləyən var.

     ümidi damlalardan asılı.

Gözləyən var adi küsülülüyün

     qeyri-adi barışığını,

Ehtiyatsızlıqdan itirilmiş gözlərin

     haçansa tapılacağı işığını...

Sahildə istidən qovrulan daşlar

     gözləyirlər dənizin qabaracığını.

Torpaq həsrətli toxumlar var

     küləyi gözləyirlər,

Görəsən külək onları aparacaqmı?!

Kiminsə qollarında qalıb

     barmaqlarımın naxışı;

Gözlərində peşimançılıq yağışı

     o da gözləyir...

Çoxdandır ot basmış

     qəbristan yolu da,

Bir xatirə kimi

     kiminsə

     dirilib qayıdacağını gözləyir,

Günlər qatar kimi keçir,

     xatirələr əl edir pəncərələrdən.

Möcüzə gözləyirik

     açılan səhərlərdən.

Vaxtı su kimi içirik,

Gözləyə-gözləyə həyata

     bir addım gecikirik...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info