Qonaq Kitabı
BU SƏHƏR NƏM DÜŞMÜŞDÜ GÜNƏŞƏ

Bu səhər nəm düşmüşdü günəşə,

Şehli şəfəqlər axırdı

     göy üzündən.

Nəmliydi dünya

     suyu təzəcə kəsilmiş arx kimi,

Kimsə nəğmə oxuyurdu

     nəmli dodaqlarıyla

Səs də nəmliydi, nəğmə də.

Ay işığı kimi ilıq

     bir hiss doldu qəlbimə,

Nəmli barmaqlarım

     az qalırdı gül aça;

Quşlar çırpırdı

     qanadlarındakı höyüşü,

Yerdən göyə ümid damlası uçurdu,

Nəmli çəmənlə

     bir uşaq qaçırdı

     çəhlimlər aça-aça.

Yalın ayaqları öpürdü torpağı,

Orəyi köksündə

     yamyaşıl üzüm yarpağı...

Bu səhər şeh düşmüşdü günəşə,

Buludlar dəsmal kimi

     qurutmaq istəyirdi günəşi.

     nəmliydi özləri də.

Şeh gördüm çiçəklərin gözlərində,

Dolu bir qədəhə dönmüşdü lalə,

Sarala-sarala sönmüşdü nərgiz.

Gözü yaşlıydı dünyanın,

Çay daşları

     təzə kəsilmiş ürək kimi buğlanırdı.

Hər şehdə bir günəş yanırdı,

     nəmliydi günəş!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info