Qonaq Kitabı
Ol ki, can məxmuri çeşmi-nimxabidür anun

Ol ki, can məxmuri çeşmi-nimxabidür anun,

Canım arami, vəli könlüm xərabidür anun.

 

Atəşi-meydən gülüm, gülgun yanağın tərləmiş,

Tər dəgül kim, arizün gül, ol gülabidür anun.

 

Şivəvü nazü məlahat dəftəridür gül yüzün,

Xətti-səbzi guyiya kim, intixabidür anun.

 

Tökməsün xaki-kəfi-payini gözünə rəqib

Kim, anun qədrini bilməz ol zəbabidür anun.

 

Kişvəri kimi sevər dersən, əgər dersəm səni,

Deməgil kim, cəngdür cana, cavabıdur anun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info