Qonaq Kitabı
Ol kim, öldürdi məni cövrilə bidadi anun

Ol kim, öldürdi məni cövrilə bidadi anun,

Munisi-şəbhayi-tarimdür mənim yadi anun.

 

Kimsədən sorman xəbər yüz yil əgər görmən anı,

Rəşkdən kim, olmaya heç kim bilə adi anun.

 

Külbeyi-əhzan yıxılsa başıma irməz əcəb,

Bəs ki, ğəm çəkdi gözümdən bixü bünyadi anun.

 

Kimə kim, çeşmin işarət qılsa, ğəmzən öldürür,

Ey gözün sərdari-hüsnü ğəmzə cəlladi anun.

 

Gül yüzün devrində xəttin kim, oxur qul Kişvəri,

Nameyi-ə’malıdur, ya xətti-azadi anun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info