Qonaq Kitabı
Baxışında var nəzər ol nərgisi-pürxabnin

Baxışında var nəzər ol nərgisi-pürxabnin,

Xeyrli baxış dəgül qoyun saru qəssabnin.

 

Doldu bağrım qanıdan könlüm könüldən, gözlərüm,

Necə kim, biri tökər, biri dolar dolabnin.

 

Sirri-hüsnün dedi gülşəndə səba andin dürür

Kim, qızarıb infiali var güli-sirabnin.

 

Nazpərvər bolma kim, qədri həqiqət kuyidə

Ətləsi-şahidən artuxdur biri maşabnin.

 

Xətti-səbzindən nola örtülsə yüzün səfhəsi;

Gizlü qalmaz nuri çün xurşidi-aləmtabnin.

 

Qıldı hüsnün pərtövi xaki tənimni çak-çak,

Xasiyyət budur kətanə pərtövi mətabnin.

 

Yari bildi Kişvərilən müddəinin sidqini,

Zahir oldu sirri çün yüzi qara qüllabnin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info