Qonaq Kitabı
Açılsa yüzümə qapı inayəti-xudainin

Açılsa yüzümə qapı inayəti-xudainin,

Götürsəm yüzidən bürqə’mən ol türki-xitainin.

 

Əcəl camını vaiz der ki, acıdur, bəli, nişün

Ki, sən tək vadi bilməz şərbəti-ruzi-cüdainin.

 

Gəl ey zahid, çiraği-mey bilə qıl xaneyi-rövşən,

Çirağında furuği yoxdur ol zöhdi-rəyainin.

 

Ol ay yüzün bilə xəlqi qılursan aşiqü axər,

Tökürsən qanları tək siz bu irür rəsmü rainin.

 

Nəvai himmətidin Kişvəri əhli-nəzər boldı,

Cahan mülkin dutar şeiri nəzər bolsa Nəvainin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info