Qonaq Kitabı
Ol ki, can sərməsti-çeşmi-pürxumaridür anun

Ol ki, can sərməsti-çeşmi-pürxumaridür anun,

Natəvan könlüm mənim lağər şikaridür anun.

 

Xuşə-xuşə sünbüli-səhrayi-Çindür saçları,

Dəstə-dəstə laleyi-cənnət üzaridür anun.

 

Mümkin olmaz çün sana, ey dil, anunla dustluq,

Bir kişiylən dost ol kim, dustidaridür anun.

 

Eşq yolunun bəlası çox, vəli hər kim ki, ol

Eşq ilən girdi bu yola Tanrı yaridür anun.

 

Nə ki, mən tənha giriftarəm qədü balasinə

Adəmi-xaki mənim tək xakisaridür anun.

 

Ləblərün dövründə gördü xəti-səbz anun çün,

Xəlqara çıxmaz Xızr kim, şərmisaridür anun.

 

Həsrətindən qanlu könlündən çəkər qul Kişvəri

Ahlar kim yedi* duzəx bir şəraridür anun.



* Yeddi

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info