Qonaq Kitabı
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarın

Ruzin həmişə xürrəm, fərxəndə ruzigarın,

Bolsun mübarək, ey gül, novruzü növbaharın.

 

Ey bülbüli cigərxun, fəsli-bahar gəldi,

Qıl nalə kim, göründi bağ içrə gül’üzarın.

 

Yüzün behişt bağı, zülfün ana bənəfşə,

Bolsun müdam tazə, ey gül bənəfşəzarın.

 

Qaşınla qəddi-nazın getdi gözümdən, əmma

Nunü əlif qalupdur köksümdə yadigarın.

 

Ruhinə bir dua qıl dərvişi-Kişvərünün,

Düşsə məzarı üstə nagah rəhgüzarın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info