Qonaq Kitabı
Ey gözü qarətgəri-imanü bərsər kakilin

Ey gözü qarətgəri-imanü bərsər kakilin,

Bağladı islamara zünnari-kafər kakilin.

 

Qamətün sərvü yüzün mahü saçın əbri-siyah,

Ləblərin abi-həyatü ənbəri-tər kakilin.

 

Dəftəri-hüsnü məlahətdir cəmalın səfhəsi,

Qarə ipəkdən üzülmüş bəndi-dəftər kakilin.

 

Açdı badi-sübhdən çün kakilün pürhəlqəsi,

Nükhətidən qıldı aləmni müəttər kakilin.

 

Titrədir can riştəsini guiya badi-əcəl,

Çün səba təhrikidən hər yani titrər kakilin.

 

Kakilin eşqidən olmuş nafeyi-çin pusti-puş,

Neçələrni nafə tək qıldı qələndər kakilin.

 

Kişvəri qurtulmaq istər dami-zülfündən, vəli

Necə kim, cəhd eylər ol yoluni bağlar kakilin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info