Qonaq Kitabı
Ey məni aşüftə qılğan ənbərəfşan kakilün

Ey məni aşüftə qılğan ənbərəfşan kakilün,

Ruzigarımnı qılıb mundaq pərişan kakilün.

 

Şivəvü nazü məlahət birlə sənsən gənci-hüsn,

Yatur ol gənc üstinə bir qarə yilan kakilün.

 

Kim ki, gördü kakilini bağladı zünnari-küfr,

Qoymadı aləmdə vəh bir salim iman kakilün.

 

Mən daxı bir əhli-islam irdim, ey dil, vay kim,

Küfrə döndərdi məni şol namüsəlman kakilün.

 

Nola mən divanə qucsam sən pərini bir gecə,

Boynuma zəncir tək dolansa hər yan kakilün.

 

Xəstə canlardur giriftarın ki, sənsən haliya,

Xubilər sultanivü zənciri-sultan kakilün.

 

Kakilindən rişteyi-ümmidi yüzməz Kişvəri

Kim, anun hər taridür bir rişteyi-can kakilün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info