Qonaq Kitabı
Necə kim, xəlqi dirildür şivəvü rə”™nalığın

Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın,

Vəh kim, öldürdü məni məstivü bipərvalığın.

 

Zülməti-zülfün əgərçi afəti-candur, vəli

Abi-heyvan şərbətidür lə’li-ruhəfzalığın.

 

Vəh nə məclisdür bu kim, hər canı təndə qoymadı,

Ol qıya baxuşlarinü adabi-bəzmaralığın.

 

Çıxmaya eyvani-xavərdən daxı xurşid əgər,

Çəksələr anda sənün bu surəti-zibalığın.

 

Yüzidən bürqə’ götürdü ol pərivəş, ey könül,

Vəh ki, yetdi tilbəlik çağı bilə rüsvalığın.

 

Sürmeyi-naz ilə görsən çeşmi-şəhlasın məgər,

Bilsən ey nərgis ki, yarutmaz səni şəhlalığın.

 

Üştə can verdi ğəmindən xəstəxatir Kişvəri,

Xanı ey ruhi-mücəssəm, ol dəmi-İsalığın?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info