Qonaq Kitabı
Ey məni bimar qılğan çeşmi-bimarun sənün

Ey məni bimar qılğan çeşmi-bimarun sənün,

Təlxi-kam etkən məni lə’li-şəkərbarun sənün.

 

Günbəgün artuq giriftarəm məni-bidil sana,

Ey əzəldən ta əbəd könlüm giriftarun sənün.

 

Çarəsiz qaldım məni-biçarə, ey bədmehr-yar,

Çarə qıl kim, boldu canım zarü əfkarun sənün.

 

Gərm idi bir neçə gün bazari-hüsni-Yusifün,

Ey günəş, hala bu gündür gərmi-bazarun sənün.

 

Ey könül, munca vəfavü mehribanlıqdan nə sud,

Çünki bir namehriban bəd əhd imiş yarun sənün.

 

Verdi can qul Kişvəri üştə tuman həsrət bilə,

Həsrəta kim, görmədi bir ləhzə didarun sənün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info