Qonaq Kitabı
Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun

Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun,

Leylətül-me’rac iki zülfi-mütərrası anun.

 

Kihli-mazağ-ül-bəsərdür gözlərinün qarəsi,

Şərbəti-Kövsər ləbi-lə’li-şəkərxası anun.

 

Kilki-qüdrətdən yazılmış arizində xətti-səbz,

Hüsninə mənşuri-mişkin xali-tüğrası anun.

 

Taki, yüzindən götürdi bürqə’ol mahi-ərəb,

Dutdi sər-tasər cahan aşübü ğövğası anun.

 

Qıldı rövşən külbeyi-tarikimi bir şəm’ kim,

Olsa yüz pərvanə, yox bir zərrə pərvası anun.

 

Özgə olmadin tifeyl etsə ana yeridürür,

Həşr güni kim, qıla adəm tamaşası anun.

 

Kişvərini vəsldən məhrum qılmazdı yəqin,

Ərzinə yetsəydi bu əbyati-ğərrası anun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info