Qonaq Kitabı
Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək

Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək,

Dəhanı höqqeyi-mərcandurur, dəndani gövhər tək.

 

Saçı sünbül, gözü ceyran, yüzi gülgül, xəti reyhan,

Rəhü rəftari şirinü ləbü göftari şəkkər tək.

 

Üzarı ayəti-rəhmət, yanağı laleyi-xodru,

Buxağı cənnət alması, tən əndamı mərmər tək.

 

Xuraman qaməti üstə pərişan kakilin hər yan,

Könüllər asılur hər taridən şahi-sənubər tək.

 

Bəhəmdillah ki, xublar məclisində ol sərəfrazım,

Oturmuş dustlar kamidür ol səddi-Skəndər tək.

 

Ölüpdür Kişvəri cana, qəribü natəvan, gəlgil,

Məzarı üstünə ağla yalançı növhəgərlər tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info