Qonaq Kitabı
Yüzüm bir naristan hicrindən saraldı heyva tək

Yüzüm bir naristan hicrindən saraldı heyva tək,

Dodağın dişlərəm billah, əlimə girsə alma tək.

 

Türünc ğəbğəbin fikrində tiğ arizu birlə,

Kəsərmən əlimi qalmış sana heyran Züleyxa tək.

 

Gözün, ey şux avçudur ki, can quşunu avlar da,

Ana kirpiklərün navək kimidür, qaşlarun ya tək.

 

Gözün şövqindən incə xuni-dil axdı gözümdən kim,

Boyandı xirqeyi-zöhdüm, çağırdın badə pala tək.

 

Ölübdür Kişvəri zəhri-fəraq içib, irağ səndən,

Qədəm basgil, ona can ver dodağından Məsiha tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info