Qonaq Kitabı
Qızarmış badədən yüzi güli-gülzari-minu tək

Qızarmış badədən yüzi güli-gülzari-minu tək,

Yatupdur qaşları mehrabi içrə çeşmi sayru tək.

 

Biyaban qırağında əgər həsrət bilə ölsəm,

Qaçar ol gözləri heyran mən vəhşidən ahu tək.

 

Dodağın şərbəti-cənnət, dəhanundur şəkər təngi,

Ləbin üzrə qara xalın şəkər satıcı hindu tək.

 

Məni mu tək zə’ifi-natəvan ol qıldı eşqində

Ki, kilki-qüdrəti anın miyan verdi sana mu tək.

 

Çü ansız bir nəfəs mümkün dəgil kim, Kişvəri qalə,

Günahın yazmagil yarəb, içərsə qanını su tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info