Qonaq Kitabı
Bolmuşam divanə tərki-xanüman qılsam gərək

Bolmuşam divanə tərki-xanüman qılsam gərək,

Xanümandan keç ki, tərki-cismü can qılsam gərək.

 

Qıldı çün rüsva məni şeyda könül, mən həm anı,

Ömr möhlət versə rüsvayi-cahan qılsam gərək.

 

Mülki-həstidən uçubdur mürği-ruhum ənqərib,

Mən daxi kuyi-fənada aşiyan qılsam gərək.

 

Abi çeşmim birlə xaki-payini qılsam xəmir,

Eyb imas kim, mərhəmi-daği-nihan qılsam gərək.

 

Könli bir daş parəsidür, Kişvəri, mən əqlsiz,

Ahü nalə birlə daşi mehriban qılsam gərək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info