Qonaq Kitabı
Könlümə xunabeyi-həsrət şərab etdi fəraq

Könlümə xunabeyi-həsrət şərab etdi fəraq,

Atəşi-eşq içrə bağrımnı kəbab etdi fəraq.

 

Bir binayi-səbr kim, yapdım könül şəhrində mən,

Gözlərüm suyi bilə bir-bir xərab etdi fəraq.

 

Eşigindən it kimi kuyi-ədəm sarı çəkib,

Rişteyi-canımnı boynuma tənab etdi fəraq.

 

Görməz oldu ağlamaqdan gözlərim ey vay kim,

Gövhəri-məqsudimi biabü tab etdi fəraq.

 

Ta həvəs qıldım sədəf ağzını vü dür dişüni,

Damənimni dopdolu dürri-xoşab etdi fəraq.

 

Kə’beyi-vəslin yolunda dönmədi qul Kişvəri,

Gərçi kim, caninə yüz dürlü əzab etdi fəraq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info