Qonaq Kitabı
Ah kim, köksümin sənsiz çak-çak etdi fəraq

Ah kim, köksümin sənsiz çak-çak etdi fəraq,

Natəvan könlümni qəmdən dərdinak etdi fəraq.

 

Bəzmi-vəslindən məni məhrum qıldı ruzigar,

Kuyi-hicrində təni-zarimni çak etdi fəraq.

 

Gözlərüm xunabəsi birlə kim, axar dəmbədəm,

Lövhi-həstidin vücudum nəqşi pak etdi fəraq.

 

Nuşi-can bolsun sizə cami-visal, ey dustlar

Kim, məni-sərgəştəni bari həlak etdi fəraq.

 

Kimi yoxdur, kimi var der Kişvəriyi-xəstəni,

Şükr kim, gəldivü rəf’ iştikak etdi fəraq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info